Fransa mətbuatı Azərbaycandan yazdı - FOTOLAR

Fransa mətbuatı Azərbaycandan yazdı - FOTOLAR
  22 Noyabr 2014    Oxunub:2043
Fransanın nüfuzlu Pari Matç saytında “Azərbaycan Odun Gözəlliyi” fotosərgisindən bəhs olunub.
Soydaşımız, tanınmış fotoqraf Reza Deqatinin Noyabrın 25-dəPetit Palasdakı İncəsənət muzeyində (Petit Palais, musée des beaux-arts de la Ville de Paris) keçiriləcək, ölkəmizdən bəhs edən “ Azərbaycan – Odun Gözəlliyi” fotosərgisi yerli mətbuatda böyük rezonans doğurub. Parisdə nəşr olunan bir çox jurnallarda, eləcə də Paris Match( Pari Matç ) saytında sərgi barədə ətraflı verilib.

Məqalənin əvvəlində Rezanın “Azərbaycan – odun gözəlliyi” adlı sərgisində nümayiş etdiriləcək fotolarda ölkəmizdə mədəni müxtəlifliyin, qədimiliklə yanaşı müasirliyin mövcudluğunun qabarıq şəkildə göstərildiyi vurğulanır.

Məqalədə Rezanın sərgi üçün Azərbaycanı seçməsinin heç də təsadüfü olmadığı, çox yaxşı tanıdığı ölkəyə dəfələrlə səfər etdiyi, Azərbaycanın tarixi Qarabağ münaqişəsi, 20 yanvar, Xocalı soyqırımı haqqında National Geographic kimi beynəlxalq səviyyəli jurnallar üçün çoxsaylı fotolar çəkdiyi bildirilir.

Qeyd edək ki, sərgi Reza Deqatinin Azərbaycana həsr etdiyi iki kitabın təqdimatı əsasında təşkil edilib. Məqalədə müəllif kitabları barədə yazır: “ Mən əslən Təbrizdənəm. 1981-ci ildə Təbrizi tərk edəndən sonra əsas yaşayış yerim Paris olsa da dünya mənim evimə çevrildi. Dünyada baş verən yaxşı - pis hər nə varsa fotolarımla nümayiş etdirməyə başladım. Müharibələri çəkdim. 1987-ci ildə Bakıya dəvət aldım. İlk dəfə buraya ayaq basanda ciyərlərimə uşaq vaxtı nəfəs aldığım doğma havanın dolduğunu hiss etdim. Sonralar dəflərlə Azərbaycana səfər etdim. Beynəlxalq KİV-lərə, media və mətbuata 20 Yanvar, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı barədə danışdım.
National Geographic jurnalında çalışdığım illərdə qaçqın və məcburi köçkünlərin acınacaqlı həyatını əks etdirən fotoları nümayiş etdirmək qərarına gəldim. Azərbaycana hər səfərimdə, ayaq basdığım hər bir şəhərdə, hər kənddə xalqın başına gətirilən müsibətlərin izlərinin müşahidə edirəm. Doğmalarını itirən insanların üzlərinə vətən nisgilini sezməmək, onlara biganə qalmaq mümkün deyil. Odur ki, Azərbaycanın geosiyasi şahmat lövhəsində baş verənlərin qurbanların “ Günahsızların Soyqırımı” adlı kitabımda yad etdim.
Bütün ağrı-acılara sinə gərərək ayaqda duran Azərbaycanın inkişafını, eləcə də qədimliyini qoruyub saxlamaqla yanaşı son dərəcə müasir mədəniyyətini göstərən şəkilləri isə “Azərbaycan-Odun Gözəlliyi” adlı kitabımda göstərməyə çalışdım”.

Qeyd edək ki, fotosərgi dekabrın 7-dək davam edəcək.

Məqalənin əslini buradan oxuya bilərsiniz.

Səbinə Həsənova
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti