Çin Fələstin və İsrail liderlərini qəbul edib

Çin Fələstin və İsrail liderlərini qəbul edib
  06 May 2013    Oxunub:1174
Çin Yaxın Şərqdəki nüfuzu üçün bu həftə İsrail və Fələstin liderlərini qəbul edib.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Fələstin prezidenti Mahmud Abbas çinli həmkarı Si Tszinpin tərəfindən Pekində qəbul edilib. İsrailin baş naziri Benjamin Netanyahu həmin gün Şanxayın şərqində yerləşən maliyyə mərkəzinə baş çəkib.

Çin Yaxın Şərq diplomatiyasında az nüfuza malik olmasına baxmayaraq, yaxın zamanlarda o, regionda aktiv mövqe tutmağa çalışıb. Çin Suriyaya edilən beynəlxalq müdaxiləyə qarşı çıxsa da, İsrail-Fələstin münaqişəsində hər iki tərəflə əlaqələri möhkəmlətməyə çalışır.

Leyla Cavadova
AzVision.az



Teqlər:  





Xəbər lenti