Yola çıxanların nəzərinə

Yola çıxanların nəzərinə
  06 May 2013    Oxunub:1293
Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, Bakıda keçiriləcək Cənubi Qafqaz Forumuna gələn qonaqların qarşılanması və onların təhlükəsizliyini təmin etmək məqsədi ilə, bu gün saat 16.30-dan forum bitənə qədər Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" dairəsi, Mərdəkan, Buzovna istiqamətində nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.





Teqlər:  





Xəbər lenti