ASN Praqada

ASN Praqada
  06 May 2013    Oxunub:1648
Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Tələbə Şəbəkəsinin (ASN) Praqa nümayəndəliyinin açılış mərasimi keçirilib.
Mərasimi nümayəndəliyin təmsilçisi Sabir Məmmədov giriş sözü ilə açaraq qonaqları salamlayıb. Daha sonra çıxış edən Azərbaycan Respublikasının Çexiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cənab Tahir Tağızadə Çexiya və Azərbaycan arasında əlaqələrin hərtərəfli inkişafından danışaraq ASN-in Praqa nümayəndiliyinin açılmasının hər iki ölkənin gəncləri arasında əlaqələrin daha da inkişafında böyük əhəmiyyət daşıyacağına əminliyini bildirib.

ASN-in sədri Nazim Əliyev də öz növbəsində tədbir iştirakçılarını ASN-nin yaranma və fəaliyyət istiqamətləri ilə tanış edib, çoxşaxəli vizionunu açıqlayıb.

Tədbirdə iştirak edən Çexiyanın Xarici İşlər Nazirinin keçmiş müavini, Çexiya Diplomatiya Akademiyasının Prezidenti Cənab Cyril Svoboda öz nitqində belə bir təşəbbüsün həyata keçirdiyinə görə ASN-nə təşəkkürünü bildirib və bunun gələcəkdə hər iki ölkə arasında həm siyası həm də elmi cəhətdən sıx yaxınlaşmaya səbəb olacağına inandığını deyib.

Nəzərinizə çatdırırıq ki, musiqili mədəni proqramla davam edən görüşə Çexiyanın bir neçə Senator və Millət Vəkilləri ilə yanaşı, Azərbaycan və Avropadan bir neçə beynəlxalq təşkilatların nümayəndələri qatılıb ki, ümumilikdə tədbirdə yüzdən çox qonaq iştirak edib.










Teqlər:  





Xəbər lenti