Voleybol oyununda terror: 55 ölü, 66 yaralı

Voleybol oyununda terror: 55 ölü, 66 yaralı
  24 Noyabr 2014    Oxunub:1486
Əfqanıstanda keçirilən voleybol matçında kamikadze hücumu nəticəsində 55 nəfər ölüb.
AzVision.az xəbər verir ki, hadisə nəticəsində 55 nəfər ölüb, 66 nəfər isə yaralanıb. Hadisənin baş verdiyi Paktika vilayətinin rəsmisi Ataullah Fəzli bildirib ki, bölgələrarası voleybol oyununun final matçında kamikadze motoskiletlə oyunun keçirildiyi əraziyə daxil olub və bombanı işə salıb.

O vurğulayıb ki, ərazidə çox insanın olduğundan ölənlərin sayının artacağı ehtimal edilir. Partlayış nəticəsində ölənlərin əksəriyyətinin mülki şəxslər olduğu bildirilir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti