Başı şar kimi şişən qıza çarə tapıldı

Başı şar kimi şişən qıza çarə tapıldı
  06 May 2013    Oxunub:1545
Hindistanda yaşayan azyaşlı qızın şişən başının müalicəsi mümkün olacaq.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Hindistanda yaşayan Runa Bequmun başı 91 santimetr şişib. Bu ölçü xarici həkimlər tərəfindən azaldılaraq 73 santimetrə çatdırılacaq.

Azyaşlının beyin kürəciklərinə maye yığıldığından başı şişib. Hindistanda xəstəxanaya yerləşdirildikdə beynindəki mayenin bir qismi çəkilərək götürülsə də, onun vəziyyəti kritik olaraq qalır.

Bequmun 18 yaşlı atasının qızını müalicə etməyə imkanı olmadığından, onun müalicəsi üçün müxtəlif fondlar ianə (45 min dollar) verib.

Leyla Cavadova
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti