Bu mağazalardan mal almayın - SİYAHI

Bu mağazalardan mal almayın - SİYAHI
  25 Noyabr 2014    Oxunub:2125
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.
Nazirlikdən AzVision.az-a veirlən məlumata görə, monitorinqlər zamanı Sumqayıt, Gəncə, Kürdəmir, İsmayıllı, Masallı, Qax, Balakən şəhərlərində, habelə Ağdam rayonunda və Bakının bir neçə rayonunda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan mallar aşkarlanıb.


Yararsız mallar aşkarlanan mağazalar aşağıdakılardır:

Sumqayıt şəhərində

- 9-cu mikrorayon, 52/142 ünvanında Rəhim Şamıyevə məxsus mağazada;

- 13-cü mikrorayon, 19 ünvanında Səlimə Osmanovaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Suraxanı rayonunda

- Qum Adası qəsəbəsində Əlibala Əskərova məxsus mağazada;

- Hövsan qəsəbəsində Elnur Qasımova və Dilşad İsmayılovaya məxsus mağazalarda;

Yasamal rayonunda

- Ş.Əzizbəyov küçəsi, 556/57-ci məhəllədə Füzuli Məhərrəmova məxsus mağazada;

Kürdəmir şəhərində

- S.Şixəliyev küçəsində Ramil Abdullayevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Gəncə şəhərində

- Z.Hacıyev küçəsi, 83/3 ünvanında Nizami Hüseynova məxsus mağazada;

İsmayıllı şəhərində

- H.Əliyev küçəsində Sahibə Cavadovaya məxsus mağazada;

Masallı şəhərində

- 20 Yanvar küçəsində Habil Əşrəfova məxsus mağazada;

Qax şəhərində

- İ.Mustafayev küçəsində Sevinc Qabulovaya məxsus mağazada;

Balakən şəhərində

- S.Gözəlov küçəsində Elşad Əzimova məxsus mağazada;

Ağdam rayonunda

- Xındırıstan kəndində Qalib Babayevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülür.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.


Teqlər:





Xəbər lenti