İŞİD-ə qoşulan 100-dən çox türk öldürülüb

İŞİD-ə qoşulan 100-dən çox türk öldürülüb
  25 Noyabr 2014    Oxunub:2464
İraqda baş verən döyüşlər zamanı İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına üzv olan 100-dən çox Türkiyə vətəndaşı öldürülüb.

AzVision.az-ın Türkiyənin “Kanal 7” kanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

Nazirin sözlərinə görə, İŞİD-ə üzv ölkə vətəndaşlarının sayı 600-ə çatıb.

Çavuşoğlu həmçinin bildirib ki, bu terror təşkilatı ilə mübarizədə Türkiyədən 100-dən çox adam deportasiya edilib və 7 minə yaxın insanın bu ölkəyə gəlməsi qadağan edilib.
XİN rəhbərinin sözlərinə görə, İŞİD-ə qarşı mübarizə aparan ölkələr türkiyə ilə kəşfiyyat sahəsində əməkdaşlıq etməlidirlər.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti