ABŞ-da həbs edilənlərin sayı 80-a çatdı- Yenilənib

ABŞ-da həbs edilənlərin sayı  80-a çatdı- Yenilənib
  25 Noyabr 2014    Oxunub:1834
ABŞ-ın Ferqüsson şəhərində baş verən toqquşmalar zamanı həbs olunan şəxslərin sayı 80 nəfərə çatıb.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Missuri ştatının qubernatoru Cey Nikson Ferqüssona Milli Qvardiyanın yeridilməsi ilə bağlı əmr verib.

Xatırladaq ki, axşam saatlarından etibarən ABŞ-ın Missuri ştatı Ferqüsson şəhərində yerli əhali və polis əməkdaşları arasında toqquşmalar baş verib.

Məlumata əsasən şəhərdə toqquşmalar böyük jürinin qaradərili yeniyetməni öldürən polis əməkdaşını məhkəməyə cəlb etməmək qərarından sonra başlayıb.

Qeyd edək ki, bu ilin avqust ayının 9-da qaradərili Maykl Braun mağazanı qarət edərkən ağdərili polisin açdığı atəş nəticəsində həlak olub. Daha dəqiqi, Braun mağazadan bir qutu siqar götürüb və pulu verməyib, satıcıya kobudluq edərək gedib. Bu, mağazadakı kameranın çəkdiyi kadrlardan da görünür.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti