Ermənilər “İanə telemarafonu”nu boykot edir

Ermənilər “İanə telemarafonu”nu boykot edir
  26 Noyabr 2014    Oxunub:1524
Məlum olduğu kimi ermənilərin Ümumilli “Hayastan” fondu noyabrın 27-i Los-Ancelasda öz işinə başlayır.
Marafonda separatçı Qarabağ rejiminin “prezidenti” Bako Saakyan, Erməni Apostol Kilsəsinin nümayəndələri də ABŞ-dadırlar.

AzVision.az-ın Ermənistanın “Aykakan-Jamanak” istinadən verdiyi məlumata görə, ötən gün Kaliforniyada Ümumilli “Hayastan” fondu tərəfindən təşkil olunan rəsmi naharda üzərində “Ümumilli “Hayastan” fondu edirik”, “İanələri yox, vergiləri toplayın” yazılı köynək geyinən yerli ermənilər etiraz aksiyaları keçiriblər.

Etiraz edən ermənilər fondun hər il keçirilən telemarafonu boykot etməyə çağırıblar.

Qeyd edək ki, Ermənistanın Ümumilli “Hayastan” fondu tərəfindən keçiriləcək telemarafon noyabrın 27-də keçiriləcək. Fondun Los-Ancelesdəki ofisində keçiriləcək 12 saatlıq marafon zamanı dünya erməniləri xüsusi açılan bank hesablarına ianələr köçürəcəklər.

Ümumilikdə, buna qədər keçirilən qədər keçirdiyi 16 telemarafon vasitəsilə Ermənistana və Dağlıq Qarabağa 250 milyon dollar vəsait toplanılıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti