Azərbaycandan Ukraynaya ETİRAZ
Təşkilatın sədri Hikmət Cavadovun imzaladığı etiraz məktubunda jurnalistlərin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qurulmuş, heç bir dövlətin, o cümlədən Ukraynanın tanımadığı qondarma respublikaya səfəri pislənilir, Azərbaycana qarşı yönəlmiş, cəfəng iddialarla dolu proqramın hazırlanmasının qəbuledilməz olduğunu vurğulanır.
Xatırladaq ki, Ukraynanın “1+1” telekanalının jurnalistləri “15 respublik” verilişinin növbəti buraxılışını hazırlamaq üçün 2014-cü il noyabrın 23-də Xankəndində olublar. Azərbaycan və Ermənistanın hazırkı vəziyyətindən bəhs edən verilişin Xankəndində aparılmış çəkilişlərində Azərbaycana qarşı fikirlər - guya azərbaycanlıların erməniləri amansızcasına öldürməsi, Qarabağdakı erməni kilsələrinin guya azərbaycanlılar tərəfindən dağıdılması kimi cəfəng iddialar səslənib.