Ermənilər "Qarabağ"a təxribat hazırlayır
Avroliqanın qrup oyununu 100-ə yaxın erməninin izləyəcəyi ehtimal edilir ki, onların da aralarında təxribatameyilliləri çoxdu.
Fransadakı erməni lobbisi qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını açmağı, tribunalara Azərbaycan əleyhinə plakatlar keçirməyi qarşısına məqsəd qoyub.
Təhlükəsizlik xidməti işini lazımınca görməsə, təmsilçimiz təxribatdan qaça bilməyəcək.
Xatırladaq ki, görüş sabah, Bakı vaxtı ilə 00.05-də Sent-Etyen şəhərindəki “Joffrua Qişar” stadionunda baş tutacaq.(Ans)
Teqlər: