Türkiyədə ŞOK: `erməni soyqırımı` tanına bilər

Türkiyədə ŞOK: `erməni soyqırımı` tanına bilər
  27 Noyabr 2014    Oxunub:3945
Türkiyənin Demokratik Xalqlar Partiyasının kürd əsilli deputatı Səbahət Tuncel ölkə ərazisində kütləvi qətllərin törədilməsinin tanınmasını nəzərdə tutan qanun layihəsi hazırlayaraq parlamentə təqdim edib.

AzVision.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, qanun layihəsi kütləvi qətllərə məruz qalan xalqlardan üzr istənilməsini də nəzərdə tutur.

Kürd deputatın parlamentə təqdim etdiyi qanun layihəsində Türkiyə prezidentinin parlamentə rəsmi olaraq üzr istəməsi və növbəti gün faciə yerinə baş çəkərək yenidən üzr istəməsi kimi müddəalar da var. Qanun layihəsində həmçinin sonrakı bir il ərzində xüsusi komissiya yaradılması və hadisə ilə əlaqədar bütün arxivlərin açılması da nəzərdə tutulur.

Əgər bu qanun layihəsi qəbul olunsa, Türkiyə qondarma “erməni soyqırımı”nı da tanıyacaq və 24 aprel matəm günü elan olunacaq.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti