Yatsenyuk Ukraynanın baş naziri seçildi
Ali Radanın ilk iclasında Yatsenyukun namizədliyinin xeyrinə 341 parlamentari səs verib. İki deputat onun əleyhinə səs verib. Yeddi nəfər isə bitərəf qalıb.
Qeyd edək ki, bu gün Ali Radanın ilk iclası keçirilib.
Digər məlumata əsasən isə parlamentin spikeri postuna Vladimir Qroysmanın namizədliyi irəli sürülüb.
Ukrayna Ali Radası hökumətin yeni tərkibi barədə məsələyə dekabrın 2-i baxacaq.
Eldar Tanrıverdiyev
Teqlər: