Orxan Zeynalov həbsdə qaldı

Orxan Zeynalov həbsdə qaldı
  27 Noyabr 2014    Oxunub:1571
Rusiya Ali Məhkəməsi birinci məhkəmə instansiyasının çıxardığı hökmü qüvvədə saxlayıb.
Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirləndirilərək 17 il həbs cəzasına məhkum olunmuş Azərbaycan vətəndaşı Orxan Zeynalovun apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Federal Ali Məhkəməsində keçirilən prosesdə O. Zeynalovun vəkili Abbasmirzə Abdullayev məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxs barədə məhkəmə hökmünün ləğv edilməsini və cinayət işinə xitam verilməsini xahiş edib.

Rusiya Ali Məhkəməsi birinci məhkəmə instansiyasının çıxardığı hökmü qüvvədə saxlayıb.

Xatırladaq ki, bu il iyulun 28-də Moskva Şəhər Məhkəməsi O. Zeynalovun 17 il müddətinə azadlıqdan məhrum edilməsi və Y. Şerbakovun ailəsinə 3 mln. rubl təzminat ödəməsi barədə hökm çıxarıb.


Teqlər:





Xəbər lenti