Amerikalılar kütləvi şəkildə silahlanır

Amerikalılar kütləvi şəkildə silahlanır
  27 Noyabr 2014    Oxunub:1770
ABŞ-ın Missuri ştatında yerləşən Fergüson şəhərindəki iğtişaşlar ətraf şəhərlərin bir çox sakinini odlu silah almağa vadar edir.

AzərTAc Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Sent-Luis yaxınlığındakı taktiki təlim poliqonundan verilən məlumata görə, əvvəllər gün ərzində 3-5 ədəd odlu silah satılırdısa, son bir neçə həftə ərzində silah satışı gün ərzində 20-30 ədədə qədər artıb. Ötən çərşənbə axşamı isə 33 tapança və 18 min sursat satışı qeydə alınıb. Silah alıcıların əksəriyyəti Fergüson şəhərində başlayan və digər bölgələrə yayılan iğtişaşlardan təşvişə düşən əhalidir.

Son məlumatlara görə, ABŞ-da baş verən və onlarla ştatı və şəhərləri bürüyən etiraz aksiyaları zamanı həbs olunanların sayı 400 nəfərə çatıb.


Teqlər:





Xəbər lenti