Türkiyədən Ermənistana Qarabağ şərti

Türkiyədən Ermənistana Qarabağ şərti
  28 Noyabr 2014    Oxunub:2288
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından danışarkən, Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

AzVision.az-ın məlumatına görə, nazir bildirib ki, iki ölkənin münasibətlərinin yaxşılaşdırılması üçün Türkiyənin bəzi şərtləri var və bu şərtlər yerinə yetirilməlidir:

“Azərbaycanın işğal edilmiş torpaqları var. Qarabağ problemindən əlavə, tez-tez sərhəddə atışmalar olur. Biz bu problemin sülh yolu ilə həll edilməsini istəyirik”,-deyə M.Çavuşoğlu qeyd edib.

Nazir eyni zamanda qondarma `erməni soyqırımı`ndan da söz açıb. O bildirib ki, Ermənistan ilə münasibətlərin normallaşması üçün Türkiyə addımlar atıb: “ 11-ci prezident Abdulla Gül Ermənistana gedib. Eyni zamanda o vaxt baş nazir olan Rəcəp Tayyib Ərdoğan İrəvana təklif etmişdi ki, gəlin birgə arxivləri açaq. Bu hadisələri aydınlaşdıraq. Lakin Ermənistandan cavab gəlmədi. Biz özümüzə də, atalarımıza da güvənirik. Amma Ermənistan deməli iddiaları ilə bağlı sənədləri ilə inamları yoxdur”.

XİN rəhbəri bildirib ki, Türkiyə bundan sonra barışıq üçün Ermənistana addım atmayacaq.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti