Ermənilər diləndi: 12,3 milyon yığdılar

Ermənilər diləndi: 12,3 milyon yığdılar
  28 Noyabr 2014    Oxunub:2022
Ermənistanın Ümumilli “Hayastan” fondu tərəfindən ABŞ-da 17-ci telemarafonu keçirilib.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu dəfə ermənilər 12 399 550 ABŞ dolları toplayıblar.

“Telemarafon-2014”də yığılan vəsait Ermənistan qondarma “Dağlıq Qarabağ Respublikası”nı birləşdirən Vardenis-Ağdərə avtomagistralının tikintisinə və xeyriyyə proqramlarının həyata keçirilməsinə xərclənəcək.

Qeyd edək ki, Ermənistanın Ümumilli “Hayastan” fondu tərəfindən telemarafon noyabrın 27-də keçirilib. Fondun Los-Ancelesdəki ofisində keçirilən 12 saatlıq marafon zamanı dünya erməniləri xüsusi açılan bank hesablarına ianələr köçürüblər.

Qeyd edək ki, buna qədər keçirilən qədər keçirdiyi 17 telemarafon vasitəsilə Ermənistana və Dağlıq Qarabağa 262 milyon dollar vəsait toplanılıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti