AKP-dən Davudoğlunun erməni müşavirinə etiraz

AKP-dən Davudoğlunun erməni müşavirinə etiraz
  28 Noyabr 2014    Oxunub:1504
Türkiyənin Baş naziri Əhməd Davudoğlunun erməni əsilli müşaviri Etyen Mahçupyana qarşı hakim partiyada etirazlar başlayıb.
Bu barədə Trend "Hurriyet" qəzetinə istinadən məlumat verir. Məlumata əsasən, Mahçupyana qarşı erirazlara səbəb müşavirin “hakim partiyada rüşvət alanlar var” açıqlaması olub.

Hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkilləri yeni təyin olunan erməni əsilli müşavir Etyen Mahçupyanın belə bir bəyanatının qəbuledilməz və əxlaqazidd olduğunu bildiriblər.

Qeyd edək ki, oktyabrın 25-də Türkiyənin Baş naziri Əhməd Davudoğlu erməni əsilli jurnalist Etyen Mahçupyanı özünün baş müşaviri təyin edib.


Teqlər:





Xəbər lenti