ABŞ İŞİD-i “vəhşi donuz”la vuracaq

ABŞ İŞİD-i “vəhşi donuz”la vuracaq
  28 Noyabr 2014    Oxunub:1982
Suriya və İraqda İŞİD terror təşkilatına qarşı hava hücumlarını davam etdirən ABŞ bölgəyə “vəhşi donuzlar” göndərəcək.
AzVision.az xəbər verir ki, “vəhşi donuz” İŞİD-i bombalayacaq 10 ədəd A-10 Thunderbolt (Warthog) təyyarəsinə verilən addır.

Adı çəkilən təyyarələrin yüksək manevr imkanlarının olduğu və 1 dəqiqə ərzində 4 min 200 mərmi ata bildiyi deyilir.

Bu təyyarələr tank və zirehli maşınların vurulması üçün hazırlanıb. “Vəhşi donuzlar” 300 metrdən az hündürlükdən yerdəki düşməni asanlıqla vura bilir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti