Qar yağacaq

Qar yağacaq
  16 Fevral 2013    Oxunub:1542
Yağmurlu hava şəraiti proqnozlaşdırılır.
Bakı və Abşeron yarımadasında fevralın 17-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 3-5, gündüz 6-10, bəzi yerlərdə 13 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 17-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 6-10, bəzi yerlərdə 13 dərəcəyədək isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti