Məleykə Abbaszadə yeni nazirə cavab verdi
M. Abbaszadə qeyd edib ki, hələlik attestatlar məzunlara mövcud qanunvericiliyə uyğun olaraq veriləcək:
"Mövcud qanunvericilik var. Hələki attestalar qanunvericiliyə uyğun veriləcək. Bu, hələ təklifdir. Bu təklif müzakirə edilib, qərar qəbul olunduqdan sonra onu icra edəcəyik".
Qeyd edək ki, yeni təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bütün şagirdlərin attestat almasının tərəfdarı olduğunu söyləyib.
AzVision.az