Papa əsgərləri türkcə salamladı - VİDEO

Papa əsgərləri türkcə salamladı - VİDEO
  29 Noyabr 2014    Oxunub:1482
Roma papası Fransisk Türkiyəyə səfər edib. Çox az-az xaricə gedən Roma papasının bu seçildiyi gündən altıncı səfəridir.
Bu səbəbdən papa Fransiski izləyən jurnalistlərin çoxluğu başadüşüləndir. Səfəri diqqətlə izləyən mətbuatın gözündən isə Roma papasının təyyarəyə qalxarkən büdrəməsindən tutmuş Atatürkün məzarı qarşısında baş əyməsinədək heç bir detal qaçmayıb.

ANS TV-nin məlumatına görə, hava limanından birbaşa Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün qəbrini ziyarətə gedən Roma papası Fransisk xatirə kompleksinin önünə əklil qoyandan sonra baş əyib.

Daha sonra papa Fransisk xatirə kitabına "Türkiyə iki qitə arasında təbii bir körpüdür. Heç bir məzhəb ayrılığı olmadan sakit bir həyat olmasını istəyirəm" sözlərini yazıb.

Roma papasının növbəti dayanacağı Türkiyə prezidentinin iqəmətgahı olub.

Papa Fransiski burada Türkiyə Prezindeti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Təntənəli qarşılamada Roma papası Fransisk əsgərləri türkcə salamlayıb.

Mərasimdən sonra Roma papası və Türkiyə prezidenti çıxışlar ediblər.

"Bu gün Türkiyədən veriləcək mesajlar sadəcə olaraq Türkiyə və Vatikana deyil. İnanıram ki, bütün İslam və xristian çoğrafiyasına çatacaq. Ordan da sülh ümidinin artıracaq" - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Prezindent Ərdoğandan sonra çıxış edən Roma papası Türkiyəni xeyirxah bir ölkə adlandırıb.

8 ildən sonra yenidən Katolik xristianların liderinin Türkiyəyə səfəri həm də bütün dünyanın diqqət mərkəzindədir. Bu səfəri işıqlandırmaq üçün müxtəlif ölkələrdən 900-ə yaxın jurnalist Ankaraya gəlib. Səfərlə əlaqədar Ankara və İstanbulda təhlükəsizlik tədbirləri gücləndirilib. 3 mindən çox xüsusi təyinatlı qorumaya cəlb edilib.

Qərb mətbuatı isə təhlükəsizliyə belə ciddi yanaşmanı Vatikanın narahatlığı ilə əlaqələndirir. İngiltərə mətbuatı yazır ki, İŞİD Roma papasını Türkiyədə qətlə yetirə bilər. Bu narahtlığa səbəb isə İŞİD terror qruplaşmasının Vatikanın bir neçə dəfə hədələməsidir. Papa Fransisk təkcə 8 illik fasilədən sonra Türkiyəyə səfər edən Roma papası kimi deyil, həm də İtaliyada hava limanında qarşılaşdığı xoşa gəlməz hadisəyə görə dünya mətbuatının diqqətində olub.Təyyarəyə qalxan Fransiskin ayağı büdrəyib və o pilləklənlərdən yıxılmaq təhlükəsilə üzləşib. Lakin tez bir zamanda papa Fransisk özünü tənzimləyərək vəziyyətdən çıxa bilib.




Teqlər:  





Xəbər lenti