Ermənistanda kütləvi zəhərlənmə - YENİLƏNİB

Ermənistanda kütləvi zəhərlənmə - YENİLƏNİB
  29 Noyabr 2014    Oxunub:1841
Ermənistanda uşaq bağçalarından birində kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Hadisə Kotayk vilayətinin Eqvard şəhərində qeydə alınıb. Hadisə nəticəsində 13 uşaq yerli xəstəxanada, iki nəfər isə Yerevan xəstəxanasına gətirilib.

Xəstəxanaya çatdırılan uşaqların vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

İlkin ehtimallara görə, uşaqlar qida məhsullarından zəhərlənib.

Son məlumatlara görə, bağçada zəhərlənən uşaqların sayı 54-ə çatıb. kütləvi zəhərlənmənin baş verdiyi bağça müvəqqəti olaraq bağlanılıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti