Papa: “İnsanlığa qarşı bütün zorakılıqları qınamalıyıq”
Mətbuat nümayəndələri qarşısında çıxış edən dini liderlər regional proseslər, dünyada sülhün, sabitliyin bərpa olunmasının vacibliyi ilə bağlı fikir və mülahizələrini səsləndiriblər.
Bölgədəki terror təşkilatlarının fəaliyyətinin dünya üçün təhlükəli olduğunu diqqətə çatdıran M.Görmez Qərbdə islamofobiyanın artmasından, islamla terrorçuluğun eyniləşdirilməsi fikirlərindən narahatlığını bildirib.
Türkiyənin bölgədəki qaçqınlara qucaq açmasını təqdirəlayiq hal kimi dəyərləndirən Papa Fransisk deyib ki, insanlığa və xalqlara qarşı yönələn bütün zorakılıqları qınamalıyıq. (Azertag)