Təyyarədə düymə səhvi, aləm bir-birinə dəydi
AzVision.az -ın məlumatına görə, Frankfurt - İstanbul reysi ilə uçan təyyarənin pilotu germetikliyin pozulması təhlükəsinə görə, Vena dispetçerindən qəzalı enməyə icazə xahiş edərkən səhvə yol verib.
Düymələrin yerinin səhv salınması aləmi bir-birinə qatıb. Dərhal havaya iki qırıcı qaldırılıb. Həyacan siqnalına görə, qırıcılar təyyarənin enişinə qədər onu müşayət edib. Bundan əlavə pilot təyyarənin bütün sərnişinlərini qorxudub. Oksigen maskalarının qəflətən düşməsi sərnişinləri panikaya salıb. Salonda dərhal təlaş başlanıb.
Daha sonra layner aeroportda sağ-salamat yerə enib və ekipaj qorxudulmuş sərnişinlərdən üzr istəyib.