“Kainat gözəli” seçildi

“Kainat gözəli” seçildi
  30 Noyabr 2014    Oxunub:1617
Dünyanın nüfuzlu gözəllik müsabiqələrindən sayılan "Miss Earth-2014" yarışmasının qalibi müəyənləşib.
AzVision.az Anspress -ə istinadən xəbər verir ki, Filippin nümayəndəsi 20 yaşlı gözəl Cemi Herrell "Miss Earth-2014" (Kainat gözəli 2014) müsabiqəsinin qalibi elan olunub.

Gözəllik müsabiqəsinin final mərhələsi Filippinin Luzon adasında yerləşən Quezon şəhərinin teatrında təşkil edilib.

Rusiya nümayəndəsi Anastasia Trusova - ikinci, ABŞ nümayəndəsi Andrea Neu - üçüncü üçüncü yer, Venesuela nümayəndəsi Maria Alexandra Rodriqez isə dördüncü yeri qazanıblar.

"Miss Earth" (Kainat gözəli) Filippində 2001-ci ildən keçirilir və "Miss World" (Dünya gözəli) ilə yanaşı, dünyanın ən nüfuzlu gözəllik müsabiqələrindən biri hesab olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti