Ağalarovdan Bakı və Moskvaya çağırış

Ağalarovdan Bakı və Moskvaya çağırış
  30 Noyabr 2014    Oxunub:2683
“Azərbaycanla Rusiya arasındakı tarixi əlaqələri bərpa etmək lazımdır”.
Virtualaz.org saytı xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı, “Crocus Group” şirkətinin prezidenti Araz Ağalarov “Vestnik Kavkaza” dərgisinə müsahibəsində belə deyib.

Araz Ağalarov “Qərbin sanksiyalarının tətbiqindən sonra Azərbaycan daxili bazarı təmin etməkdə Rusiyaya necə kömək edə bilər” sualına belə cavab verib: “Söhbət beynəlxalq ticarət əlaqələrindən gedəndə “yardım, kömək” sözü əsla yerinə düşmür. Burada söhbət qarşılıqlı faydalı əlaqələrdən gedə bilər. Özü də məncə, təkcə Azərbaycanla olan əlaqələrdən yox, həm də keçmiş SSRİ-dən ötrü tarixən “bostan” rolunu oynamış digər ölkələrlə əlaqələrdən... Əgər əvvəlki illərə aid məlumatları qaldırıb baxsaq görərik ki, istər Orta Asiya respublikalarında, istərsə də Azərbaycanda, Gürcüstanda, Ermənistanda böyük həcmdə kənd təsərrüfatı məhsulları istehsal olunurdu. Həmin məhsullar da SSRİ-nin demək olar ki, bütün guşələrinə göndərilirdi. Buna görə də hesab edirəm ki, postsovet ölkələrinin həmin köhnə qarşılıqlı faydalı əlaqələri bərpa oluna bilən münasibətlərdir. Hesab edirəm ki, bu barədə düşünmək, bu istiqamətdə addımlar atmaq, hərəkətə keçmək lazımdır”.


Teqlər:





Xəbər lenti