Sərhəddən narkotik maddə keçirmək istəyən ermənilər yaxalandı

Sərhəddən narkotik maddə keçirmək istəyən ermənilər yaxalandı
  07 May 2013    Oxunub:1272
Ermənilər Gürcüstana narkotik maddə keçirmək istəyib.
2 Ermənistan vətəndaşı Gürcüstanın “ Sadaxlo” sərhəd keçid məntəqəsindən narkotik maddə keçirərkən yaxalanıb. Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirl Xidmətindən verilən məlumata görə gömrük işçiləri və sərhəd polisi ermənilərdən şübhələnib və Ermənistan vətəndaşı Q,A-nı saxlayıb.

Araşdırma zamanı onun cibindən bir paket marixuana və avtomobilinin baqajında isə qadağan olunmuş 3 həb aşkar edilib.

Saxlanılan erməninin ifadəsinə əsasən daha bir Ermənistan vətəndaşı İ.A saxlanılıb. Məlum olub ki, İ.A əvvəllər bir neçə dəfə Gürcüstana narkotik maddə keçirib.
Hər iki fakla bağlı araşdırmalar davam edir.


Teqlər:





Xəbər lenti