Türklər Bakıda yeni bank açır

Türklər Bakıda yeni bank açır
  01 Dekabr 2014    Oxunub:1767
Türkiyənin Ziraat Bankası Azərbaycanda törəmə bankın təsis edilməsi ilə bağlı Mərkəzi Banka müraciət edib.
Mərkəzi Bankdan AzVision.az-a daxil olan məlumatda bildirilir ki, T.C. Ziraat Bankası Azərbaycan Respublikasında törəmə bankın təsis edilməsi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edib. T.C. Ziraat Bankası Türkiyənin ən iri bankı olmaqla 1863-cü ildən fəaliyyət göstərir, aktivlərinin həcmi 108 mlrd. dollar təşkil edir.

T.C. Ziraat Bankası Azərbaycan bank sistemində 1995-ci ildən təmsil olunan ilk xarici kapitallı bank olmaqla hər iki ölkənin bank sektorları arasında əlaqələrin qurulmasında mühüm rol oynayıb. Bankın Azərbaycanda təmsilçilik statusunun dəyişməsi onun fəaliyyətinin daha da aktivləşməsi və genişlənməsinə imkan verəcəkdir. Eyni zamanda bu, bank sektorunda rəqabətin güclənməsinə, biznes və əhalinin bank xidmətlərinə çıxışının artmasına, bütövlükdə ölkələrimiz arasında iqtisadi əlaqələrin zəruri bank xidmətləri ilə daha geniş şəkildə əhatə olunmasına imkan verəcək.

Hazırda T.C. Ziraat Bankasının müraciəti Azərbaycan Respublikası Mərkəzi Bankında baxılmaqdadır və cari ilin sonunadək törəmə bankın lisenziyalaşdırılması proseslərinin yekunlaşdırılması nəzərdə tutulur.




Teqlər:





Xəbər lenti