Dəfn mərasimində terror aktı: 9 ölü
Terror aktı Baqlan vilayətində törədilib. Terrorçu dəfn mərasiminə gələn insanların sırasında özünü partladıb. Hadisə nəticəsində ən azı 9 nəfər ölüb,18 nəfər yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.
Hadisə ilə bağlı hələ ki heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Eldar Tanrıverdiyev
Teqlər: