“Rusiya Abxaziyanı özünə birləşdirir” – XİN rəhbəri

“Rusiya Abxaziyanı özünə birləşdirir” – XİN rəhbəri
  02 Dekabr 2014    Oxunub:1432
Rusiya Federasiyası Gürcüstanın NATO-ya üzv olmasına mane olmaq üçün rəsmi olaraq Abxaziyanı ilhaq etməyi planlaşdırır.
AzVision.az-ın “Gürcü KİV”nə istinadən verdiyi məlumata görə, bu barədə Litva XİN rəhbəri Linas Linkyaviçus bildirib.

“Rusiyanın Abxaziyada etdiklərini nəzərə alsaq, onun Krım ssenarisi üzrə getdiyinin şahidi oluruq. Ola bilsin, digər alətlərdən istifadə olunsun, lakin nəticə eyni olacaq – Gürcüstan ərazisinin qanunsuz şəkildə birləşdirilməsi. Bu isə Gürcüstanın NATO-ya üzvlüyü üçün əlavə maneələr yaradır” - deyə Linkyaviçus bəyan edib.

Litva XİN rəhbəri bütün problemlərə baxmayaraq Gürcüstanın NATO-ya tamhüquqlu üzv olacağına ümid etdiyini bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti