Ermənilər indi də təndiri əlimizdən alır

Ermənilər indi də təndiri əlimizdən alır
  03 Dekabr 2014    Oxunub:2245
Ermənilər “Sarı gəlin”, balaban, dolma və lavaşdan sonra bu dəfə də təndiri öz adlarına çıxıblar.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, bu barədə erməni yazıçı-aparıcı Sonya Taşçyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında məlumat verib.

O, deyib ki, təndir erməni xalqına məxsus bir dəyərdir: “Əgər onlar (azərbaycanlılar nəzərdə tutulur-red.) lavaşı bizim əlimizdən ala bildilərsə, onda təndiri də özəlləşdirə bilərlər. Ancaq təndir köçəri xalqın deyil, oturaq xalqın dəyəridir”.

Qeyd edək ki, ermənilər son olaraq lavaş təxribatına əl atıblar. UNESCO tərəfindən Ermənistanın qeyri-maddi irsi siyahısına daxil edilən lavaş Azərbaycanın etirazından sonra Qafqaz xalqlarının ortaq məhsulu kimi qeydə alınıb.


Teqlər:





Xəbər lenti