İrandan İŞİD yaraqlılarına ağır zərbə

İrandan İŞİD yaraqlılarına ağır zərbə
  03 Dekabr 2014    Oxunub:2346
İran Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının İraq ərazisindəki mövqelərinə aviazərbələr endirib.
AzVision.az “BBC”yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi bildirib.

“Bizim İranın son bir neçə gün ərzində “F-4 Phantom” tipli qırıcılardan istifadə edərək İŞİD-in İraqdakı mövqelərinə aviazərblər endirməsinə dair sübutlarımız var”, – deyə Kirbi bildirib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti