Erməni əsir girovlarımızın üzünə duracaq

Erməni əsir girovlarımızın üzünə duracaq
  03 Dekabr 2014    Oxunub:11591
Xankəndidə azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma “məhkəməsi” başa çatmaq üzrədir.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən bu gün Xankəndində keçiriləcək “məhkəmə”də Azərbaycana əsir düşən və sonradan öz istəyi ilə üçüncü ölkəyə göndərilən Akop İnciqulyan dindiriləcək.

Qeyd edək ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti