Məscidi yandıran PKK-çının anası: `Onu güllələyin!` (ÖZƏL)

Məscidi yandıran PKK-çının anası: `Onu güllələyin!` (ÖZƏL)
  03 Dekabr 2014    Oxunub:20938
“Bütün nəslimiz ondan imtina edib. İstərdim ona güllələnmə versinlər”.

Bunu AzVision.az-a açıqlamasında Qaraçuxur məscidini yandıran PKK üzvü Namiq Nəsibovun anası Nailə Nəsibova deyib.

N.Nəsibovanın sözlərinə görə, oğlu içki aludəçisi olub:

“Onun vəkilinə də demişəm ki, bu adam xəstədir. Bakı şəhərinin bir neçə ərazisində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışıb. Hər yerdən içki içdiyi üçün qovulub. O da atası kimi şəhid olaydı, bilərdim ki, evimdə iki şəhid şəkili var. Həmişə deyirdi ki, kürdəm. Bizim ata-babadan pasportumuzda kürd sözü yoxdur, biz Azərbaycan vətəndaşıyıq. O, içki aludəçisi olub. Psixoloji vəziyyəti də normal səviyyədə olmayıb. Dispanser həkiminin reseptini vəkilə təqdim etmişəm. Psixi dərmanlar atırdı. Bu il ona şəxsi həkim tutmuşdum. Onun daxilinə cərrahi yolla arağa qarşı kapsul qoydurmuşam”.

N.Nəsibova bildirib ki, oğlunu bir il öncə polisə müraciət edərək tutdurub. Onun sözlərinə görə, polis oğlunu bir həftə saxlayandan sonra sərbəst buraxıb:

“İki dəfə şikayət edib onu tutdurmuşam. Bildirmişəm ki, bu harasa qoşulubsa, araşdırılsın, onunla bağlı iş qaldırılsın. Kürdüstan bayrağı ilə İraqa kimin vasitəsilə və niyə getdiyindən xəbərim olmayıb. Bir il bundan qabaq ondan imtina etmişəm. Övladımın törədə biləcəyi əməllərini qabaqcadan bilərək polisə məlumat vermişəm. Polis orqanları isə ona qarşı vaxtdında sərt tədbir görməyib. İndi məscid yandırıb. Yaxşı ki, daha böyük terror törətməyib”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti