Ermənistanda etiraz aksiyaları keçirilir

Ermənistanda etiraz aksiyaları keçirilir
  03 Dekabr 2014    Oxunub:1870
Ermənistan paytaxtı Yerevanda parlament binası qarşında ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasına qarşı etiraz aksiyası keçirilir.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Etirazçılar parlament binası qarşısında toplaşıblar. Etirazçılar parlamentə daxil olan hər bir deputatdan Ermənistanın Aİİ-yə qoşulması barədə sazişə səs verməyə çağırıb. Bundan əlavə etirazçılar deputatları xain adlandırıb. Deputatların böyük əksəriyyəti etirazçıların çağırışlarına məhəl qoymayaraq parlament binasına daxil olurlar.

Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti