ABŞ Konqresindən Azərbaycana sayğısızlıq

ABŞ Konqresindən Azərbaycana sayğısızlıq
  03 Dekabr 2014    Oxunub:2558
ABŞ paytaxtı Vaşınqtonda səfərdə olan “Dağlıq Qarabağ Respublikası” parlamentinin sədri Aşot Qulyan konqresmenlər Linda Sançes, Adam Şiff, Devid və Nümayəndələr palatasının xarici məsələlər üzər Komitəsinin sədri Ed Roysla görüşüb.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Aşot Qulyan “Dağlıq Qarabağ” aid məsələləri diqqətdə saxladıqları üçün konqresmenlərə öz təşəkkürünü bildirib. Bundan əlavə “parlament” sədri Qarabağ və regionda baş verənlər barədə ABŞ rəsmilərini ətraflı şəkildə məlumatlandırıb.

Elə həmin gün ABŞ Konqresində “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin 23 illiyi ilə bağlı tədbir keçirilib. Tədbir ABŞ Konqresinin erməni məsələləri üzrə Qrupu, Ermənistanın ABŞ-dakı səfirliyi, Amerika erməni Milli Komitəsi və Amerika erməni Assambleyası tərəfindən təşkil edilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti