Lavrov Kerri ilə görüşəcək

Lavrov Kerri ilə görüşəcək
  03 Dekabr 2014    Oxunub:1369
Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə görüşəcək.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Lavrov bildirib ki, görüş İsveçrənin Bazel şəhərində ATƏT xarici işlər nazirləri Şurasının kuluarlarında baş tutacaq.

Qeyd edək ki, sonuncu dəfə Lavrov və Kerri noyabrın 24-ü Vyanada görüşüb. Görüşdə Yaxın Şərqdəki vəziyyət, İran nüvə proqramı və Ukraynadakı münaqişə müzakirə edilmişdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti