Çin kiberhücumda təqsirləndirildi

Çin kiberhücumda təqsirləndirildi
  08 May 2013    Oxunub:1330
Pentaqon Çinin ABŞ hökumətinə məxsus gizli məlumatları əldə etməyə cəhd göstərməkdə təqsirləndirib.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Pentaqon iddia edib ki, Çin ABŞ-ın diplomatik, iqtisadi və müdafiə sənayesi sektoruna aid informasiyaları əldə etməyə cəhd edib. Ehtimal olunur ki, Çin müdafiə və yüksək texnologiyalı sənayesini inkişaf etdirmək üçün informasiyanı əldə etməyə çalışıb.

Çinin Xarici İşlər Nazirliyi bildirib ki, Çin istənilən kiberhücum əleyhinədir. Ölkə əvvəllər özü kiberhücumların qurbanı olub.

Leyla Cavadova
AzVision.az



Teqlər:  





Xəbər lenti