ATƏT sədri Məmmədyarov və Nalbandyanla görüşəcək

ATƏT sədri Məmmədyarov və Nalbandyanla görüşəcək
  04 Dekabr 2014    Oxunub:1533
ATƏT-in hazırki sədri, İsveçrənin xarici işlər naziri Didye BurkhalterBazel şəhərində Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə görüşəcək.
AzVision.az-ın məlumatına görə, görüşlər ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərini konfransı zamanı baş tutacaq.

“Dağlıq Qarabağ nizamlanması ciddi münaqişədir. Münaqişənin nizamlanmasının uzanması bizi narahat edir. Biz prosesləri izləyirik və tərəflərin vəziyyətin qiymətləndirilməsi, gərginliyin azaldılması və münaqişənin nizamlanması istiqamətində müsbət addımlar atacağına ümid edirik”, - deyə Burkhalter vurğulayıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti