İŞİD Liviyada terrorçu hazırlayır

İŞİD Liviyada terrorçu hazırlayır
  04 Dekabr 2014    Oxunub:1428
İraq Şam İslam Dövləti terror təşkilatının Şimali Afrika ölkəsi Liviyada təlim düşərgələri qurduğu bildirilir.
AzVision.az xəbər verir ki, ABŞ-ın yaydığı iddiaya görə, Vaşinqton bu düşərgələri diqqətlə izləyir.

Amerika ordusunun komandiri Devid Rodrigez bildirib ki, düşərgələrdə yüzlərlə terrorçu hazırlanır.

Qeyd edək ki, sabiq lider Müəmmar Qəddafinin devrilməsindən sonra Liviya siyasi rəqiblərin qarşıdurma meydanına çevrilib. Bundan başqa paytaxt Tripoli də daxil olmaqla ölkənin 3 şəhəri radikal islamçıların tabeliyindədir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti