Məmmədyarov həmsədrlərlə görüşdü - FOTO

Məmmədyarov həmsədrlərlə görüşdü - FOTO
  04 Dekabr 2014    Oxunub:1402
Nazir Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında iştirakı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Piyer Andre və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kasprşik ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin qarşıdan gələn ildə bu istiqamətdə plan və təklifləri ətrafında ümumi müzakirələr aparılıb.

Nazir Elmar Məmmədyarov münaqişənin həllinə dair Azərbaycanın mövqeyini bir daha səsləndirərək vurğulanıb ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.


Teqlər:  





Xəbər lenti