Yol pulu bahalaşdı
Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri, müvafiq olaraq, 1,5 və 0,4 faiz, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 2,6 faiz bahalaşıb.
Dəniz nəqliyyatı vasitəsilə sərnişindaşıma tarifləri isə 0,6 faiz ucuzlaşıb.
Bu arada dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 30,1 faiz, tranzit üzrə 9,4 faiz, idxal üzrə 7,1 faiz, ixrac üzrə 4,3 faiz ucuzlaşıb.
Bununla yanaşı boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 2,5 faiz, avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri yerli əlaqə üzrə 7,4 faiz, rabitə sahəsində internet xidmətlərinin tarif indeksi isə 6,2 faiz ucuzlaşıb.