Yararsız mallar satan mağazalar- SİYAHI

Yararsız mallar satan mağazalar- SİYAHI
  04 Dekabr 2014    Oxunub:1633
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı bir neçə mağazada yararsız məhsullar aşkar edib.
AzVision.az həmin mağazaların siyahısını təqdim edir.

Sumqayıt şəhərində

- H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, 18/1 ünvanında Sona Qiyasovaya məxsus mağazada;
- 10-cu məhəllə, H.Əliyev prospektində Mərdan Əliyevə məxsus mağazada;
- 4-cü mikrorayon, 27 ünvanında Mehman Xudaverdiyevə məxsus mağazada;


Şəmkir şəhərində

- Ü.Hacıbəyov küçəsində Şükufə Bədəlovaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;


Bakının Sabunçu rayonunda

- Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, 1 ünvanında Firuz Qədirova məxsus mağazada;
- Bakıxanov qəsəbəsi, M.Fətəliyev prospekti, 19 ünvanında Mənsurə İgidovaya məxsus mağazada;


Nəsimi rayonunda

- Mərdanov qardaşları küçəsi, 59 ünvanında Əhməd İsmayılova məxsus mağazada;


İmişli şəhərində

- S.Fətəliyev küçəsində Babək Qasımova məxsus mağazada;


Zaqatala şəhərində

- Nizami küçəsi, 36 ünvanında Türkan Mahmudovaya məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;


Bakının Nərimanov rayonunda

- A.Bakıxanov küçəsi, 759-cu məhəllədə Sona Səfərəliyevaya məxsus mağazada;


Sumqayıt şəhərində

- 45-ci məhəllə, N.Nərimanov küçəsində Kifayət Əsədovaya məxsus mağazada;


Şəmkir şəhərində

- S.Vurğun küçəsi, 226 ünvanında Rəfiqə Cəfərovaya məxsus mağazada;
- 20 Yanvar küçəsində Rəşid Bayraməliyevə məxsus mağazada;
- S.Vurğun küçəsi, 31 ünvanında Ülkər Əliyevaya məxsus mağazada;


İmişli rayonunda

- Bəhrəmtəpə qəsəbəsində Böyükkişi Babaşova məxsus mağazada;
- İmişli şəhəri, H.Əliyev prospekti, 202 ünvanında Zabil Sadıqova məxsus mağazada;


Qobustan rayonunda

- Nabur kəndində Sevda Feyzullayevaya məxsus mağazada;
- Qobustan şəhərində Əntiqə Vəliyevaya və Mövludağa Zamanova məxsus mağazalarda;


Qusar şəhərində

- Q.Məmməd küçəsində Bəhram Çələbova məxsus mağazada;
- F.Xoyski küçəsi, 110 ünvanında Ramin Məmmədova məxsus mağazada;


Xaçmaz şəhərində

- Bakı prospektində Hüseyn Möhbaliyevə məxsus mağazada;


Füzuli rayonunda

- Babı kəndində Ədalət Cabbarova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

AzVisionaz


Teqlər:





Xəbər lenti