Kliçko Azərbaycanı nümunə göstərdi - FOTO

Kliçko Azərbaycanı nümunə göstərdi - FOTO
  05 Dekabr 2014    Oxunub:2513
Bu gün Kiyev şəhərinin meri Vitaliy Kliçko şəhər meriyasının binasında xarici ölkələrin Ukraynadakı səfirləri ilə görüşüb.
AzVision.az xəbər veir ki, Azərbaycan səfiri Eynulla Mədətli görüşə məruzəçi qismində dəvət edilib. Görüşdə merin dəvəti üzrə səfir Eynulla Mədətli də iştirak edib. “Kiyev – dünya şəhəri” layihəsinə həsr olunmuş görüşdə Mer Vitaliy Kliçko və şəhər administrasiyasının vəzifəli rəsmiləri layihə barədə məlumat verib, Kiyevdəki səfirlikləri və onların təmsil etdikləri ölkələri şəhərdə abadlıq layihələri həyata keçirməyə dəvət edib, bu sahədə əməkdaşlıq təklif ediblər. Bu xüsusda Azərbaycan Respublikasının Kiyevdə inşa etdirdiyi və baxımını həyata keçirdiyi Heydər Əliyev parkı nümunə göstərilib, park barədə məlumat vermək məqsədilə səfir Eynulla Mədətliyə söz verilib.

Səfir çıxışında Heydər Əliyev parkı layihəsinin həyata keçirilməsi, parkda başda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü olmaqla Azərbaycanın tarix, dövlətçilik və mədəniyyət simvollarının yerləşdirildiyi, zəngin Azərbaycan təbiətinin təmsil olunduğu, Azərbaycanın 16-cı əsrdə toxunmuş Şeyx Səfi xalısının italyan daşlarından hazırlanmış dəqiq surəti, parkda istifadə olunmuş keyfiyyətli materiallar, eyni zamanda parkın inşasını həyata keçirmiş ARDNŞ-in Ukrayna nümayəndəliyinin fəaliyyəti, digər infrastruktur layihələri, Kiyevin abadlaşdırılması istiqamətində gələcək planlar barədə ətraflı məlumat verib. Çıxış boyu park, Prezident cənab İlham Əliyevin Ukraynaya səfəri çərçivəsində parkı ziyarəti, parkda Heydər Əliyev büstü önündə keçirilən tədbirlər, Kiyev sakinlərinin parkda istirahəti, toy şəkilləri çəkdirməsi, televiziya kanallarının hazırladıqları reportajları, həmçinin ARDNŞ-in Ukraynadakı SOCAR yanacaq doldurma stansiyaları ətrafında yaradılmış yaşıllıqlar, göstərilən xidmətləri əhatə edən fotoşəkillər nümayiş etdirilmişdir. Çıxışdan sonra səfir Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən çap olunmuş kitabların nüsxələrini Vitaliy Kliçkoya hədiyyə edib, səfirliyin bundan sonra da Kiyevin abadlaşdırılması istiqamətində səy göstərəcəyini vurğulayıb.


Teqlər:





Xəbər lenti