Obama Cənubi Koreya ilə Pxenyana qarşı vahid cəbhədə

Obama Cənubi Koreya ilə Pxenyana qarşı vahid cəbhədə
  08 May 2013    Oxunub:1268
ABŞ prezidenti Barak Obama və Cənubi Koreya lideri vahid cəbhədə birləşərək Şimali Koreyaya növbəti nüvə təxribatı barədə xəbərdarlıq edib.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Obama bildirib ki, ABŞ və onun müttəfiqləri Şimali Koreyanın yaratdığı nüvə böhranına güzəşt etməyəcək.

Obamanın Cənubi Koreya prezidenti ilə görüşü Pentaqonun Pxenyanın ABŞ və Cənubi Koreyaya etdiyi hədə-qorxusundan sonra baş tutub.

ABŞ rəsmiləri bildirblər ki, Şimali Koreya artıq iki ədəd orta mənzilli Musudan raketini ölkənin şərq sahilindən kənarlaşdırıb.

Cənubi Koreya prezidenti Şimali Koreyanın taktikanı dəyişməsinin anlaşılmaz olduğunu söyləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti