Qroznıda 14 polis, 10 yaraqlı ölüb

Qroznıda 14 polis, 10 yaraqlı ölüb
  05 Dekabr 2014    Oxunub:1742
Rusiyanın Daxili İşlər Nazirliyi Çeçen Respublikasının paytaxtı Qroznıda dekabrın 4-də baş vermiş silahlı hücumla bağlı rəsmi açıqlama yayıb.
Dekabrın 4-nə keçən gecə Qroznıda yaraqlılar yol polisi postuna hücum ediblər, daha sonra şəhərdəki Mətbuat Evini və onun yaxınlığındakı orta məktəbi ələ keçiriblər.

AzVision.az saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin 5 dekabr açıqlamasında toqquşmalarda 14 polis əməkdaşının həlak olduğu bildirilir. Milli Antiterror Komitəsinin məlumata görə, əməliyyatlarda 10 yaraqlı öldürülüb.


Teqlər:





Xəbər lenti