İsrail prezidenti “erməni soyqırımı” ilə bağlı petisiyanı imzalamayıb

İsrail prezidenti “erməni soyqırımı” ilə bağlı petisiyanı imzalamayıb
  05 Dekabr 2014    Oxunub:2243
İsrail prezidenti Reuven Rivlin “erməni soyqırımı” ilə bağlı petisiyanı imzalamaqdan imtina edib.
Bu barədə AzVision.az “Times of İsrael”ə istinadən xəbər verir.

Məlumatda həmçinin petisiyanı hazırlayan şəxslərin prezidentin bu qərarından təəccübləndikləri xüsusi vurğulanıb.

İsrailin onuncu prezidenti Revlin bu ilin iyun ayında bu vəzifəyə seçilib. İsrail Knessetində keçirilən səsvermənin ikinci turunda onun lehinə 63 deputat səs verib. Onun əsas rəqibi Meir Şitrit isə ondan cəmi on səs az toplayıb. Rivliniyulun 24-dən etibarən prezident səlahiyyətlərini icra edəcək.

Rivlin sağyönümlü partiya olan “Likud” partiyasının üzvüdür. O, 1939-cu ildə Yerusəlim şəhərində doğulub. İxtisasca hüquqşünasdır. Ariyel Şaron hökumətində rabitə naziri vəzifəsini bildirib. 2007-ci ilə o, prezidentliyə namizədliyini irəli sürsə də, Şimon Peresə məğlub olub.

İsrail qanunvericiliyinə görə, ölkə başçısı daima ölkədə yaşayan İsrail vətəndaşı ola bilər. Prezident 7 illik müddətə seçilir və onun yenidən seçilmək hüququ yoxdur.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti