XİN-dən "Yahoo travel" portalına xəbərdarlıq

XİN-dən "Yahoo travel" portalına xəbərdarlıq
  05 Dekabr 2014    Oxunub:2324
Oxucularını aralarında Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ ərazisinin də olduğu tanınmamış ölkələrə turizm turlarına dəvət edən "Yahoo travel" portalı beynəlxalq hüququ pozur.
AzVision.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.

Nazirliyin sözçüsü qeyd edib ki, Azərbaycanın ABŞ-dakı səfirliyinə bu məsələni araşdırmaq və müvafiq tədbirlər görmək tapşırılıb.

Xatırladaq ki, "Yahoo travel" portalında Dağlıq Qarabağın müstəqil qurum kimi təqdim olunduğu material yerləşdirilib. Materialda ora yalnız Ermənistan ərazisi ilə getmək tövsiyə olunur.

AzVision.az



Teqlər:  





Xəbər lenti